Bakıda 5 yaşlı uşağı avtomobil vurub

08:05 - 24 Oktyabr 2022 - HADİSƏ

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı uşağı avtomobil vurub.

Hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Cəfərov Hüseyn Atakişi oğlu Zığ şossesində əks istiqamətə keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər xətti