Gəncədə 25 yaşlı gənc bıçaqlandı

23:09 - 23 Oktyabr 2022 - HADİSƏ

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, 2002-ci il təvəllülü Əli Məmmədov 1997-ci il təvəllüdlü Elşən Rəfiyevi qarın nahiyəsindən bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Xəbər xətti