Tərtərdə bir nəfər minaya düşdü

18:16 - 23 Oktyabr 2022 - HADİSƏ

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti