Mingəçevirdə aptek sahibi özünü güllələyib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Günəş küçəsində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Bəxtiyar Səmədov ov tüfəngi ilə özünü güllələyib.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.