Rusiyada hərbi təyyarə yaşayış binası üzərinə düşüb.
Ucnoqta.az xəbər verir ki, hadisə İrkutskun Novo-Lenino rayonunda baş verib. Belə ki, Su-30SM hərbi təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Sınaq uçuşunda olan Su-30 qırıcısının yerə düşməsi nəticəsində pilotların ikisi də həlak olub.