Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev boşanıb.
Ucnoqta.az "axşam.az"a istinadən xəbər verir ki, 41 yaşlı reperin 32 yaşlı model Lana Reutovadan boşanması ilə bağlı müvafiq məlumat Moskva Şəhər Məhkəməsinin saytında yer alıb.
Boşanma cütlüyün ikinci övladı dünyaya gəldikdən 6 ay sonra baş tutub. İyunun 16-da boşanma işi qeydə alınıb, oktyabrın 20-də isə məhkəmə cütlüyün nikahını ləğv edib.
Xatırladaq ki, apreldə musiqiçinin qızı Siyan dünyaya gəldikdən üç ay sonra həyat yoldaşı çoxsaylı xəyanətlərinə görə "Ptaxa"dan ayrılmaq qərarı alıb. O, övladı ilə atasının ünsiyyətinə mane olmayacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl reperin 22 yaşlı qızı Nikol Nuriyeva atası tərəfindən şiddətə məruz qaldığını açıqlamışdı.