Şadlıq sarayından çıxan sərxoş piyadanı avtomobil vurub

10:12 - 23 Oktyabr 2022 - HADİSƏ

Bakının Xəzər rayonunun Binə qəsəbəsində avtomobil toydan çıxan sərxoş piyadanı vurub.

"Report"un məlumatına görə, şadlıq saraylarının birinin qarşısında yolu keçən 1968-ci il təvəllüdlü Rəfiyev Arzuman Maqsud oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

A.Rəfiyevin sərxoş olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti