31 yaşlı kişi ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb

20:51 - 22 Oktyabr 2022 - HADİSƏ

Göygöldə bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti