Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Nahid Teymurzadənin anım günüdür.
Ucnoqta.az xəbər verir ki, Nahid Teymurzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü şəkildə qoşularaq, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərib.
Nahid 22 oktyabr 2020-ci ildə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Qeyd edək ki, Teymurzadə Nahid Üzeyir oğlu 23 iyun 1997-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan oub.
2003-2014-cü illərdə İsmətli kənd tam orta məktəbdə orta təhsil alıb.
Şəhid Nahid Teymurzadə Biləsuvar rayonu Günəşli kənd məzarlığında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nahid Teymurzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.