"BakuBus" avtobusu piyada keçidində qadını vurdu

07:21 - 22 Oktyabr 2022 - HADİSƏ

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.Belə ki, 1983-cü il təvəllüdlü Hətəmova Əsmər Ənvər piyada keçidi ilə yolun əks tərəfinə keçmək istəyərkən BakuBus MMC-yə məxsus 14-nömrəli marşut xətti ilə hərəkətdə olan sərnişin avtobusu onu vurub.

Yaralı ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, avtobusda sərnişin olmayıb. Hadisə zamanı sürücü avtobusu depoya aparırmış.

Xəbər xətti