Bakıda 15 yaşlı yeniyetməni döyən şəxs axtarılır - ANBAAN VİDEO

15:06 - 21 Oktyabr 2022 - HADİSƏ

Bakının Suraxanı rayonu ərazisində 15 yaşlı Hacızadə Elnur naməlum şəxs tərəfindən döyülüb.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə zərərçəkmişin yaxınları tərəfindən göndərilib.

Belə ki, repetitor hazırlığından çıxan Elnur Qaraçuxur qəsəbəsində yerləşən Yusif Eyvazov küçəsi 31 ünvanında fiziki zorakılığa məruz qalıb.

Ona xəsarətlər yetirən şəxsin kimliyi məlum olmasa da, hadisə ilə bağlı polisə şikayət edilib.

 

Xəbər xətti