“Prius” tuneldə geri dönmək istədi, böyük qəza oldu - ANBAAN VİDEO

12:41 - 20 Oktyabr 2022 - HADİSƏ

Bakıda tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az-ın BAKU.WS-yə istinadən məlumatına görə, hadisə paytaxtın Ağa Nematulla küçəsində qeydə alınıb.

Belə ki, “Toyoto Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu tuneldə 1.3 xəttinin tələbini kobud şəkildə pozaraq geriyə dönmə əməliyyatı etməyə çalışıb. Nəticədə əks istiqamətdə gələn digər minik maşını ilə toqquşub.

Qeyd edək ki, Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin 12-ci bəndinin 2-ci hissəsinə görə tunelde geri hərəkət manevri etmək qadağandır. Qanunun 69 maddəsinə əsasən isə 1.3 nişanlanma xəttini heç bir halda kəsib keçmək olmaz.

 

Xəbər xətti