"İstəsəydim çoxdan deputat olardım" - Tünzalə

11:49 - 20 Oktyabr 2022 - MAQAZİN

"Qətiyyən deputat olmaq fikrində və iddiasında deyiləm. Olsaydım, çoxdan deputat olardım".

Ucnoqta.az xəbər verir ki, bu fikri Xalq artisti Tünzalə Ağayeva səsləndirib. O, dörd il əvvəl müğənni Nura Surinin "Tünzalə özünü hamıdan üstün görür, deputat olmaq istəyir" açıqlamasına münasibət bildirib.

Onun sözlərinə görə, hər seçki öncəsi mənimlə bağlı bu mövzu gündəmə gəlir:

"Savadlı olmaq mütləq ki, millət vəkili olmalısan, demək deyil. Savadsız olsaq, biz hara kimi gedə bilərik? Vətəni hər zaman sevmək lazımdır. Gedib hər hansısa bir postda oturanda Vətəni sevmək böyük yalançılıqdır. Hər zaman ictimai aktivliyim olub. Bəlkə də mən o impulsu göndərmişəm özümdən xəbərsiz. Çünki arqumentsiz danışmıram, analitik beynə sahibəm. Bəlkə də buna görə insanlar deyirlər ki, Tünzalə çox danışır. Yadıma gəlmir ki, hansısa bir mövzu haqda boş danışım. Deputat olmaq istəyimlə bağlı xəbərləri eşidəndə səmimi etiraf edim ki, qıcıqlanıb, əsəbiləşirdim". ///Bizim.media

 

Xəbər xətti