Bakı-Sumqayıt yolunda zəncirvari qəza olub, 5 avtomobil əzilib.
Baş Dövlət Yol Polisi İdarəsindən İctimai qurumlarla əlaqə şöbəsindən APA-ya verilən xəbərə görə, oktyabrın 18-də saat 16:25 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrliyində “Mercedes” markalı avtomobilin sürücüsü Elməddin Abbasov eyni istiqamətdə hərəkət edən bir neçə nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.
Qeyd olunub ki, hadisənin baş vermə səbəbi araşdırmadan sonra məlum olacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Hazırda faktla bağlı araşdırma aparılır.