Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Həsənov Nail Əndər oğlu velosipedlə yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub. Xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.