Aeroport yolunda ağır qəza, ölən var - Foto

14:38 - 19 Oktyabr 2022 - HADİSƏ

Bu gün saat 12 radələrində Bakıda ağır yol qəzası baş verib.

Aeroport yolu kimi tanınan şossedə “Baku Electronics” şirkətinə məxsus yük avtomobili digər bir özəl şirkətə aid “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü, 40-45 yaş arasında olan Zahir adlı şəxs aldığı xəsarətlərdən vəfat edib.

Hadisədən sonra yolda sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti