Bakıda zirzəmidə asılmış meyit tapıldı

14:04 - 19 Oktyabr 2022 - HADİSƏ

Bakıda intihar hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Çernyakovski küçəsi 52 ünvanında qeydə alınıb. 

Bakı şəhər sakini, 38 yaşlı Orxan Nağıyev həmin ünvanda yerləşən binanın zirzəmisində özünü asıb.

Onun asılmış meyitini binanın mühafizəçisi aşkar edib və bu barədə polisə məlumat verib. 

İntiharın səbəbləri məlum deyil, araşdırma aparılır. 

Xəbər xətti