Hacıqabulda avtomobil kanala düşüb, ölən və yaralanan var

22:11 - 18 Oktyabr 2022 - HADİSƏ

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

Hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti