Sumqayıtda müəllim məktəbdə öldü

16:33 - 18 Oktyabr 2022 - HADİSƏ

Sumqayıtda orta məktəb müəllimi dərs zamanı vəfat edib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər məktəbdə qəfil dünyasını dəyişib.

O, səhər saatlarında dərs vaxtı ürəktutmadan vəfat edib.

 

Xəbər xətti