Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
APA-nın xəbərinə görə, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
"VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb. Xəsarət alan Cəlilabad və Biləsuvar xəstəxanalarına çatdırılıb.
Hazırda ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.