Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsində hava şarı qəzaya uğrayıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərt külək səbəbindən içində turist olan hava şarı sərt eniş edib. Hadisə nəticəsində iki turist ölüb, üçü yaralanıb.
Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.