Bakıda kafedə 28 yaşlı oğlan bıçaqlanıb.
Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 17-si saat 04:35 radələrində paytaxtın Nərimanov rayonu, A.Nemətulla 23 ünvanında yerləşən kafedə qeydə alınıb.
Belə ki, Abdullayev Türkel Vəli oğlu tanışı, 1994-cü il təvəllüdlü Səmədov Orxan Yediyar oğlunu bıçaqla vurub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.