"Toyota Prius" piyadanı vuraraq öldürüb

09:29 - 18 Oktyabr 2022 - HADİSƏ

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ağamir Mirizadə idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 1981-ci il təvəllüdlü Elnur Musayevi vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti