Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Türkiyənin məşhur müğənnisi Doğuşla birlikdə yeni veriliş aparacaq.
Ucnoqta.az xəbər verir ki, “Günaydın Azərbaycan” adlanacaq layihə “Arb” TV-də yayımlanacaq. Veriliş həftənin şənbə və bazar günləri yayımlanacaq.
Proqram tezliklə efirdə olacaq.
Qeyd edək ki, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı "Arb"də həftəiçi hər gün Azərbaycanın bir nömrəli sosial axtarış layihəsi olan "Səni axtarıram" verilişini də təqdim edir.