Şimşək çaxıb, yağış yağıb - Faktiki hava

12:50 - 17 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb

Xidmətdən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 17-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı: Zaqatalada 22.0 mm, Balakən, Qax, Lənkəranda 14.0 mm, Lerikdə 12.0 mm, Yardımlıda 10.0 mm, Şabran, Şəki, Quba, Oğuz , Qrız, Qusar, Qəbələ, Şahdağ, Şəmkir, Göyçay, Altıağac, Ağstafa Yevlax, Kürdəmir, Sabirabad, Ağdərə, Daşkəsən, Göygöl, Qobustan, Xaçmaz, Xaltan, İsmayıllı, Şamaxıda 4.0 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, arabir yağıntılı hava şəraiti oktyabrın 19-u səhərədək davam edəcək. 19-u gündüz və 20-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 18-i gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.

Xəbər xətti