Bakıda süpürgəçini maşın vurdu
09:28 - 17 Oktyabr 2022 - HADİSƏ
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.