Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, Uzuntəpə kəndində iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini, 2001-ci il təvəllüdlü E.İsayev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Qəza zamanı xəsarət almış daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.