Sabah toyu olacaq xanım taksi ilə qəzaya uğradı

19:33 - 16 Oktyabr 2022 - HADİSƏ

Mingəçevirdə iki avtomobil toqquşub, maşınlardan biri lil axını kanalına düşüb.

Ucnoqta.az xəbər verir ki, hadisə az öncə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.

“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.

İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub. Məlumata görə, xanımın sabah toyu olacaqdı.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər xətti