4 ölkə "Avroviziya"dan imtina etdi

18:46 - 16 Oktyabr 2022 - MAQAZİN

Dünyanın bir sıra ölkələri Liverpulda keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Eurovisionwolrd.com” məlumat yayıb.

Həmin ölkələr Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstandır.

Müsabiqədə iştirakdan imtina edən Monteneqro səbəb kimi kifayət qədər büdcəsi olmadığını açıqlayıb.

Xəbər xətti