Astarada balıq tutan 82 yaşlı kişi su arxına düşərək ölüb

11:28 - 16 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Su arxına düşən 82 yaşlı kişi dünyasını dəyişib.

APA-nın verdiyi məlumata görə, Astara rayon Ərçivan qəsəbə kənd sakini 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov, balıq tutmaq üçün qəsəbə ərazisində yerləşən su arxına gedib. O, qırmaq atarkən ayağı sürüşüb və su arxına düşərək, boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti