Salyanda yol qəzası baş verib, doqquz yaralı var

22:26 - 15 Oktyabr 2022 - HADİSƏ

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb. “Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti