“Gah barışırıq, gah da məhkəməyə gəlmir”

17:08 - 15 Oktyabr 2022 - MAQAZİN

Müğənni Natavan Həbibi ikinci dəfə ana olacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

Bu barədə müğənni "MTV maqazin" proqramında danışıb.

Belə ki, ifaçı keçmiş həyat yoldaşı reper Dadonun onun ikinci dəfə ana olacağını və atasının o olmadığı ilə bağlı fikirlərinə heç bir cavab vermək istəmədiyini bildirib: “Bütün bunlar yaşanıb, alınmayıb və bitib. Hazırda boşanma prosesləri gedir. Evin içində olan söhbətləri efirdə danışmağn yeri olmadığını düşünürəm. Biz neçə ildir bu boşanma prosesi ilə məşğuluq. Sadəcə olaraq alınmır bir az. Gah barışırıq, gah sənədlər gəlmir, gah özü məhkəməyə gəlmir. Biz əvvəldən dost olmuşuq, indi də valideynik. O, həmişə gəlir və uşaqla vaxt keçirir. Mən onun övladının anasıyam, hörmət də həmişə var”.  

Qeyd edək ki, eks-cütlüyün Zeyd adlı 2 yaşlı oğlu var.///qafqazinfo

Xəbər xətti