Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində bir nəfər özünü yandırmağa cəhd edib.
APA-nın xəbərinə görə, buna səbəb vətəndaşın yol kənarında tikinti aparmaq istəməsi, lakin dəfələrlə bu qanunsuz tikilinin sökülməsi olub.
Əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub, vətəndaşı özünü yandırmaq niyyətindən daşındırmağa çalışırlar.