Oktyabr ayının pensiyaları ödənildi

11:51 - 15 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşdıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

2022-ci ildə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın sonuncu rüb üzrə nəzərdə tutulan 50 manatı da oktyabr ayının pensiyasına əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər xətti