Bakıda qadın gözəllik salonundan oğurluq edib

11:30 - 15 Oktyabr 2022 - HADİSƏ

Bakıda gözəllik salonunda oğurluq olub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rayon ərazisindəki gözəllik salonlarının birində Bakı şəhər sakini olan qadının içərisində 1000 manat və 700 ABŞ dolları olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti