Türkiyədə partlayışda ölənlərin sayı artdı (Yenilənib)

00:29 - 15 Oktyabr 2022 - HADİSƏ

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışda 14 nəfər həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu jurnalistlərə açıqlamsında mədəndəki partlayışda 14 nəfərin öldüyünü bildirib. 

23:03

Türkiyədə kömür mədənində partlayışda iki nəfər həyatını itirib. 

Ucnoqta.az xəbər verir ki, partlayışda 20 nəfər yaralanıb. 


21:53

Türkiyədə kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.


Ucnoqta.az xəbər verir ki, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verən zaman mədəndə 100 işçinin olduğunu da qeyd edib.


20:45

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda xilasedicilər və tibbi yardım qrupları göndərilib.

Partlayışın səbəbləri məlum deyil.

Xəbər xətti