Bakıda partlayışda yaralanan gənc vəfat etdi

20:14 - 14 Oktyabr 2022 - HADİSƏ

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında oktyabrın 9-da baş vermiş partlayışda yaralanan Toğrul Əliyev dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun yaxınları bildirib.

Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.

Xəbər xətti