Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
10:18
Bakıda yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, yanğın paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumata görə, yanğınla bağlı “112” “qaynar xətt”ə müraciət daxil olub:
“Nərimanov rayonunda “Elit” Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Nazirliyin yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunublar. Hazırda yanğından söndürmə əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək”.