Bakıda çoxmərtəbəli binada yanğın zamanı iki nəfər zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb, 12 nəfər (onlardan 4-ü uşaqdır) sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
17:26
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park - 2” yaşayış massivində yanğın hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə 18 nömrəli binanın 8-ci mərtəbəsində qeydə alınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.