Bakıda gənc qız özünü binadan atdı

17:16 - 13 Oktyabr 2022 - HADİSƏ

Bakıda daha bir intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə təxminən 1 saat əvvəl Nizami rayonu Nəsimi küçəsində qeydə alınıb.

22 yaşlı Ofiserova Yekaterina Vladimirovna özünü yaşadıqları binanın 4-cü mərtəbəsindən atıb.

Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Onun hansı səbəbdən özünü öldürməsi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti