Paytaxtın Nəsimi rayonunda narkotik vasitə qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib.
Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nəsimi RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə əvvələr məhkum olunan 1975-ci il təvəllüdlü Nəsir Nəsirov məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.