Qrup halında narkotik qəbul edənlər tutuldu - FOTO

13:37 - 12 Oktyabr 2022 - HADİSƏ

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

 

Xəbər xətti