Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.