Gəncədə avtobusda nasazlıq yaranıb, qadın yanıq xəsarəti alıb

10:31 - 12 Oktyabr 2022 - HADİSƏ

Gəncədə avtobusda sərnişin yanıq xəsarətləri alıb.

APA-nın məlumatına görə, şəhər sakini Aygün Əliyeva şəhərdaxili marşrut avtobusunda olan zaman istilik sisteminin rezin borusunun partlaması nəticəsində 1-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti