Sürücü ilə sərnişinin mübahisəsi ağır qəzaya səbəb oldu

05:51 - 12 Oktyabr 2022 - HADİSƏ

Ələt - Astara magistralında yol nəqliyyat hadisəsi baş verib. Qəza magistralın Biləsuvar rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində “KamAZ” markalı yük avtomobili ilə üzərində ekskavator aparan qoşqulu avtomobil toqquşub. Hadisəyə səbəb qoşqunun sürücüsü Cəlil Məmmədovla, sərnişin qismində olan ekskovatorun sürücüsü Məhəmməd Səfərov arasındakı mübahisə olub. Nəticədə qoşqu, hərəkətdə olan Zahid Qəhrəmanlının idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub. Yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.///apa

Xəbər xətti