Sabiq polis polkovnikini avtomobil vurub öldürdü

10:28 - 11 Oktyabr 2022 - HADİSƏ

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, Bulvar küçəsində Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.

Hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.

Xəbər xətti