Salyanda 24 yaşlı kişi özünü asdı

09:53 - 11 Oktyabr 2022 - HADİSƏ

Salyan rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az-a Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qardili kəndində qeydə alınıb.

Gecə saatlarında kənd sakini 1998-ci il təvəllüdlü Usubov Nicat Nail oğlu özünü yaşadığı mənzildən asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Qeyd edək ki, N.Usubov evin tək övladı olub. Onun himayəsində iki azyaşlı övladı olub.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti