Sərxoş halda maşınla müəlliməni öldürən sürücü saxlanıldı

17:53 - 10 Oktyabr 2022 - HADİSƏ

Dünən saat 16 radələrində Quba şəhəri, Vaqif küçəsində 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və onun iki azyaşlı övladını maşınla vuran sürücü saxlanılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisəni törədən “Hyundai” markalı avtomobilin sürücüsü Süleyman Məmmədovun maşını idarə edərkən sərxoş halda olması müəyyən edilib. Spirtli içkinin təsiri altında olan şəxs həmin vaxt idarəetməni itirərək maşını yolun kənarındakı səkiyə çıxarıb və ana ilə 2 övladını vurub. Nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, övladları isə xəsarət alıb. Uşaqlardan birinin vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb. İsmayıl adlı digər uşaq isə əməliyyat edilib və hazırda reanimasiyadadır.

Qeyd edək ki, qəza nəticəsində vəfat edən G.Fərzəliyeva Quba rayonu, Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.

Hadisəni törədən şəxs isə daha əvvəl hüquq-mühafizə orqanlarında çalışıb.

 

Xəbər xətti