Azərbaycanda zəlzələ oldu

09:38 - 10 Oktyabr 2022 - HADİSƏ

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 06:23-də Şirvan stansiyasından 8 kilometr cənubda Salyan rayonunda qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi 10 km olub.

Zəlzələ hiss olunmayıb.

 

Xəbər xətti