Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.
Quba rayon sakin Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.
Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
09:24
Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Vaqif küçəsində Süleyman Məmmədovun idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və iki azyaşlı övladını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlayıb.